Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
384
12.04.2025, 15:07
“Bu gün baş verən bütün çıxışlar çox güclü bir özbaşınalığın olduğunu göstərir. İran İslam Respublikasının əsas nüvə infrastrukturu obyektlərinə qarşı qabaqlayıcı raket zərbələrinin endirilməsi gündəmdədir. Bununla yanaşı, belə bir əməliyyata İsrailin də böyük məmnuniyyətlə qoşulacağı düşünülür”.
Oxu24.com xəbər verir ki,bu fikirləri Bizim.Media-ya açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
Gərginlik arta bilər
ABŞ-İran arasındakı gərginliyi, mümkün müharibə riskini və iki ölkə arasında Rusiyanın mövqeyi barəsində danışan analitik, gərginliyin arta biləcəyini bildirib.
“İsrailin uzaqmənzilli raket zərbələri də daxil olmaqla, müvafiq zərbə vasitələrinə malik olduğu da məlumdur. Yaxın Şərqdə vəziyyət çətinləşir, çünki İran, ABŞ və İsrailin müəyyən uğur və uğursuzluqla mübarizə apardığı qruplaşmalardan fərqli olaraq, kifayət qədər güclü və səmərəli bir dövlətdir. İran həm insan resurslarına, həm də müxtəlif mənzilli raket sistemlərinə malikdir. İran cavab zərbələri endirməyə hazır olduğunu bəyan edir və bu zərbələr müəyyən ABŞ ada ərazilərini də əhatə edə biləcək məsafədə ola bilər. Bu, doğrudurmu, ya yox — bu sual indi Pentaqon və Trampın gəlişi ilə rəhbərlikdə dəyişikliklər baş vermiş Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) üçün ciddi başağrısına çevrilib”.
Baş verə biləcək gərginliyin Qafqaz ölkələrinə də təsiri ola bilər:
Həmçinin oxuyun
“Vəziyyət kifayət qədər gərgindir. Mən hesab edirəm ki, Cənubi Qafqaz ölkələrinin maraqları baxımından ABŞ və İsrailin İranla müharibəsi zərərli və kontrproduktivdir, həmçinin bu, həm geosiyasi, həm də hərbi cəhətdən proqnozlaşdırılması çətin nəticələrə gətirib çıxara bilər. Buna görə də müharibənin reallığa çevrilməsinə imkan verməmək üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu baxımdan hesab edirəm ki, Tehranın yeni prezidenti ilk növbədə diplomatik imkanlardan istifadə edərək ABŞ-la birbaşa hərbi qarşıdurma risklərini azaltmağa yönəlmiş müəyyən siyasət aparacaq”.
İqor Korotçenko əlavə edib ki, mümkün gərginlik Rusiyanın da maraqlarına cavab vermir.
“Qonşu ölkələrə gəldikdə isə, xüsusilə Rusiya hadisələrin eskalasiyasına qəti şəkildə qarşı çıxır və Tehranla Vaşinqton arasında danışıqlara vasitəçilik etmək üçün bütün metod və təsir imkanlarından istifadə etməyə hazırdır. Hərçənd müxtəlif versiyalara görə, bu rolu Fars körfəzi ölkələri və ya Cənubi Qafqaz ölkələri də üzərinə götürə bilər.
Hər halda, vəziyyət hələlik ilkin mərhələdədir. Tramp bütün dünya ilə iqtisadi müharibə aparmağa, bir sıra dövlətlərlə hərbi əməliyyatlara başlamağa hazır görünür. Bununla belə, elə təəssürat yaranır ki, Vaşinqtonun əsas hədəfi və rəqibi İran deyil, məhz Çindir. Buna görə də ümid edirik ki, diplomatik və siyasi vasitələrlə vəziyyəti yumşaltmaq və müharibənin qarşısını almaq üçün səylər göstəriləcək”, - deyə İqor Korotçenko əlavə edib. /Bizim.Media/
12:18 / 14 Dekabr 2025
23
12:06 / 14 Dekabr 2025
107
11:38 / 14 Dekabr 2025
36
11:30 / 14 Dekabr 2025
379
11:22 / 14 Dekabr 2025
27
10:43 / 14 Dekabr 2025
667
10:33 / 14 Dekabr 2025
72
10:20 / 14 Dekabr 2025
63
09:40 / 14 Dekabr 2025
68
09:15 / 14 Dekabr 2025
198
08:58 / 14 Dekabr 2025
133
08:46 / 14 Dekabr 2025
180
08:43 / 14 Dekabr 2025
68
01:21 / 14 Dekabr 2025
1416
00:52 / 14 Dekabr 2025
1108
00:43 / 14 Dekabr 2025
174
00:04 / 14 Dekabr 2025
1608
23:47 / 13 Dekabr 2025
1870
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
122
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
185
22:28 / 13 Dekabr 2025
219
22:22 / 13 Dekabr 2025
284
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.